Modern.az

İlon Mask “Twitter”in rəhbərliyindən GEDİR

İlon Mask “Twitter”in rəhbərliyindən GEDİR

Aktual

12 May 2023, 08:31

Amerikalı milyarder İlon Mask "Twitter" şirkətinin baş direktoru vəzifəsindən gedəcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, o, yeni baş direktor təyin ediləcəyini bildirib.

 

Mask yeni baş direktorun adını açıqlamada da, onun qadın olduğunu deyib. Yeni direktor 6 həftədən sonra işə başlayacaq, Maskın özü isə şirkətin texniki direktoru və icraçı sədri olacaq.

 

"The Wall Street Journal" (WSJ) qəzeti öz mənbələrinə istinadən yazıb ki, "NBC Universal"ın reklam meneceri Linda Yakarino "Twitter"in baş direktoru ola bilər, hazırda onunla danışıqlar aparılır.

 

Mask "Twitter"i 2022-ci ilin oktyabrında 44 milyard dollara alıb və əməkdaşların 80%-ni işdən çıxarıb. Fevral ayında o, zarafatla öz itini sosial şəbəkəyə baş direktor təyin edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et