Modern.az

Şəhid Orxan dəfn edildi - YENİLƏNİB

Şəhid Orxan dəfn edildi - YENİLƏNİB

12 May 2023, 11:40

Ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadə ilə vida mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdən sonra şəhid qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

 

***

09:46

 

Ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadənin cənazəsi Ağstafa rayonuna gətirilib. 


Modern.az-ın məlumatına görə, hazırda şəhidin yaşadığı evdə vida mərasimi keçirilir. 

 

Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

 

Şəhid Orxan Novruzəlizadə bu gün saat 11:00-da Ağstafa rayonunun Vurğun qəsəbə qəbiristanlığında dəfn olunacaq.

 

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok