Modern.az

Ermənistanın 2 hərbçisi zərərsizləşdirildi 

Ermənistanın 2 hərbçisi zərərsizləşdirildi 

Aktual

12 May 2023, 21:49

Ermənistan ordusunun təxribata cəhd edən 2 hərbçisi zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, onlardan biri ölüb, digəri yaralanıb.

 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub. Düşmənə məxsus pilotsuz uçuş aparatı isə zərərsizləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et