Modern.az

Biləsuvarda kütləvi dava - Hamilə qadın xəsarət alıb

Biləsuvarda kütləvi dava - Hamilə qadın xəsarət alıb

Aktual

15 May 2023, 12:50

Biləsuvar rayonunda kütləvi dava zamanı biri hamilə qadın olmaqla dörd nəfər xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə, dava zamanı rayon sakinləri 1990-cı il təvəllüdlü M.Şükürov, 1997-ci il təvəllüdlü E.Şükürov, 1978-ci il təvəllüdlü S.Mirzəyev və 2001-ci il təvəllüdlü Z.Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Hadisənin təfərrüatları hələlik məlum deyil.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan isə bildirilib ki, faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et