Modern.az

Misir hadisələri gərginləşir - 10 nazir, 8 deputat istefa verib

Misir hadisələri gərginləşir - 10 nazir, 8 deputat istefa verib

Dünya

2 İyul 2013, 13:10


Son məlumata görə, Misirdəki prezident  Məhəmməd Mursi əleyhinə çoxmilyonlu etirazlardan sonra 10 nazir istefa verib. Modern.az ərəb KİV-lərinə stinadən xəbər verir ki, Baş nazir Hişam Qəndil beş nazirin istefa tələbini qəbul etməyib.
Məlum hadisələrdən sonra 8 deputat da istefa verdiyini bəyan edib.

Misirdəki hadisələrə Suriya da münasibət bildirib. Suriyanın informasiya naziri Ümran Əz-Zübhi bu barədə jurnalistlərə müsahibəsində bildirib: “Göründüyü kimi, “Müsəlman Qardaşları” Misiri idarə etmək iqtidarında deyil. Onların dövlət idarəetmə modeli uğursuz oldu. Misirdə “Müsəlman Qardaşları” rejimi məhv olub, ancaq onların ölüm fərmanları hələ nəşr olunmayıb”.

 Peykər İbrahimova
 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu