Şabran Rayon Polis Şöbəsinə rayonun Malyan otlaq sahəsində fermaya məxsus bir baş çoban itinin tüfənglə vurulması barədə məlumat daxil olub.
Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini saxlanılıb.
Həmin şəxsdən 1 ədəd sənədsiz tüfəng aşkar edilərək götürülüb. Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.