Modern.az

May ayının pensiyaları TAM ÖDƏNİLDİ

May ayının pensiyaları TAM ÖDƏNİLDİ

Ölkə

16 May 2023, 12:50

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə may ayının pensiya ödənişini yekunlaşdırıb.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, mayın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin may ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

 

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir