Modern.az

Paşinyanın oğlu oğurlanmayıb, maşına könüllü minib - TƏFƏRRÜATLAR

Paşinyanın oğlu oğurlanmayıb, maşına könüllü minib - TƏFƏRRÜATLAR

Aktual

17 May 2023, 17:38

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamaqda ittiham edilən “Oğulların çağırışı” adlı qeyri-hökumət təşkilatı hadisə ilə bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "news.am" portalı məlumat yayıb.

 

Təşkiların üzvü, 44 günlük müharibədə ölən erməni hərbçisinin atası Qarik Qaleyan adam oğurluğu cəhdinin olmadığını bildirib. O qeyd edib ki, müharibədə ölən digər hərbçilərin valideynləri ilə hərəkətdə olarkən küçədə Paşinyanın oğlunu görüblər.

 

Erməni hərbçilərdən birinin anası ona Yerablur hərbi panteonuna getməyi və "atası və anasının nə etdiyini" görməyi təklif edib. "Aşot Paşinyan özü maşına minib, ona heç kim toxunmayıb", - Qaleyan deyib.

 

O, həmçinin Aşot Paşinyana qarşı zorakılıq tətbiq edilməsi ilə bağlı iddiaları təkzib edib. Hərbçinin atasının sözlərinə görə, Aşotun özü maşına mindikdən bir müddət sonra qapını açıb, maşından özüna çölə ataraq qaçıb.

 

Qeyd edək ki, Ermənistan polisi hadisəni araşdırılır. Daxili İşlər Nazirinin rəsmi nümayəndəsinin sözlərinə görə, hadisə ilə bağlı lazımi tədbirlər görülür, hazırlanmış sənədlər Ermənistan İstintaq Komitəsinə göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et