Modern.az

İki azyaşlının ölümünə görə cinayət işi AÇILDI

İki azyaşlının ölümünə görə cinayət işi AÇILDI

Aktual

18 May 2023, 09:18

Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda iki nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Rayon prokurorluğundan Modern.az-a bildirilib ki, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.

 

Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et