Modern.az

Qanunsuz balıq ovlayanlar tutuldu

Qanunsuz balıq ovlayanlar tutuldu

Aktual

18 May 2023, 12:32

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Xidmət rəsmisi Arzu Babayeva məlumat verilib.

 

O bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxsin Yevlax rayon sakini Yusif Yusifov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

 

Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

A.Babayeva balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et