Modern.az

21 ABB meneceri proqramını uğurla başa vurdu!

21 ABB meneceri proqramını uğurla başa vurdu!

Aktual

18 May 2023, 14:36

ABB menecerlərinin fərdi inkişafı məqsədilə Türkiyənin ən nüfuzlu ali təhsil mərkəzlərindən olan Koç Universiteti ilə birgə təşkil edilmiş “Executive Mini-MBA” proqramı başa çatıb. 

 

21 ABB meneceri “Executive Mini-MBA” təhsilini nailiyyət sertifikatı ilə başa vurub. Bu münasibətlə Koç Universitetinin əsas kampusunda ABB və Universitet rəhbərliyinin iştirakı ilə təntənəli məzun günü tədbiri keçirilib.  

 

Tədbirdə çıxış edən ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu nailiyyət münasibətilə Bank menecerlərini təbrik edib. ABB ilə uğurlu tərəfdaşlığa görə Koç Universitetinə minnətdarlığını bildirib. İdarə Heyətinin sədri bu effektiv layihə ilə ABB-də peşəkar inkişaf üçün daha bir faydalı təcrübənin formalaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, proqram davamlı olacaq, Bankın daha çox meneceri bu imkandan faydalana biləcək. 

 

Tədbirdə Koç Universitetinin vitse-prezidenti, professor Zeynep Gürhan, Universitetin Biznes məktəbinin İcraçı direktoru Nida Bektaş da çıxış edərək məzunlara və Banka gələcək fəaliyyətdə uğurlar arzulayıblar. 

 

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et