Modern.az

Hacıqabulda baramaçılığın inkişafı nəzarətdə saxlanılır - FOTOLAR

Hacıqabulda baramaçılığın inkişafı nəzarətdə saxlanılır - FOTOLAR

Aktual

18 May 2023, 16:54

Ölkə başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində son illər Hacıqabul rayonunda da ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Hacıqabul rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir.

 

Modern.az xəbər verir ki, mayın 18-də 2023-cü il tarixdə Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov Meyniman kəndində barama qurdunun yemləndirilməsi vəziyyəti ilə tanış olub, yüksək məhsuldarlıq əldə edilməsi üçün kümçülərə müvafiq tövsiyələr verib. Kümçülər ilə ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici söhbətlər aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et