Modern.az

İstehlakçılar üçün enerji sərfiyyatının həddi müəyyənləşir

İstehlakçılar üçün enerji sərfiyyatının həddi müəyyənləşir

Aktual

19 May 2023, 15:44

Azərbaycanda sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi müəyyənləşdiriləcək.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərmanında əksini tapıb.

 

Fərmanla Nazirlər Kabinetinə 6 ay müddətində Qanunun 1.1.59-cu maddəsinə uyğun olaraq, sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddini təsdiq etmək tapşırılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et