Xəbər verdiyimiz kimi, mayın 20-də Türkiyə xaricində və gömrüklərdə səsvermə prosesi başlayıb.
Modern.az xəbər verir ki, Almaniyada seçkilərin ilk günündə səsvermə hüququndan istifadə edənlər arasında yeni cütlüklər də olub.
Belə ki, Türkiyənin Köln şəhərindəki Baş Konsulluğunda həmin gün evlənən iki cütlük toydan əvvəl səs verib.
Bəy və gəlin paltarında səs verən cütlüklər ölkənin gələcəyinin daha vacib olduğunu bildiriblər.

