Modern.az

Ekofəallar məşhur fəvvarəni qara rəngə boyadı

Ekofəallar məşhur fəvvarəni qara rəngə boyadı

Aktual

21 May 2023, 22:10

İtaliyada ekofəallar Romada yerləşən dünyaca məşhur Trevi fəvvarəsinə qara rəng töküblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Il Messaggero" qəzeti yazıb.

 

"Son nəsil" adlı təşkilatın fəalları fəvvarəyə daxil olub və suya kömür rəngində maddə töküblər. Daha sonra “Biz qalıq yanacaqlara pul ödəmirik” yazılan kağızlar qaldırıb və iqlim dəyişikliyini müdafiə edən şüarlar səsləndiriblər.

 

Yerli polis fəalların aksiyasına müdaxilə edib.

 

Qeyd edək ki, bundan əvvəl ekofəallar İtaliyada yerləşən Dörd Çayın Fəvvarəsini də qara rəngə boyamışdılar.

 

Aprel ayında İtaliya hökuməti ölkənin mədəni irsinə ziyan vurmaqla mübarizə haqqında qanun layihəsini təsdiqləyib. Qanunu pozanlar 10 mindən 60 min avroya qədər məbləğdə cərimələnəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et