Modern.az

ABŞ-dakı “Türk evi”nə hücum edildi - FOTOLAR

ABŞ-dakı “Türk evi”nə hücum edildi - FOTOLAR

Aktual

22 May 2023, 16:20

Türkiyənin Nyu-York Konsulluğunun yerləşdiyi "Türk Evi"nə hücum edilib.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyə vətəndaşları prezident seçkilərinin ikinci turu üçün səs verən zaman naməlum şəxslər binaya hücum edib.

 

Hadisə zamanı binanın ön şüşələri sındırılıb. Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

 

Xatırladaq ki, ABŞ-ın Nyu-York şəhərində yerləşən “Türk Evi” 2021-ci il sentyabrın 20-də açılıb. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Baş katibi Antoniu Quterreş və BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn dövlət və hökumət nümayəndələri iştirak edib.

 

1246830

1246828

Twitter
Sizə yeni tvit var
Keçid et