Modern.az

Türkiyədə antiterror əməliyyatı - Daha 24 nəfər tutuldu

Türkiyədə antiterror əməliyyatı - Daha 24 nəfər tutuldu

Aktual

23 May 2023, 13:52

Türkiyənin Tekirdağ vilayətinin 5 rayonunda antiterror əməliyyatı keçirilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, əməliyyat nəticəsində 24 nəfər saxlanılıb.

 

Saxlanılanlar arasında Türkiyə prezident seçkilərində Yaşıl Sol Partiyasının seçki nəzarətçisi olmuş şəxs də var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et