Modern.az

Şəki sakinləri “Azəriqaz”a müraciət edib - FOTOLAR

Şəki sakinləri “Azəriqaz”a müraciət edib - FOTOLAR

Aktual

24 May 2023, 17:46

“Azəriqaz” İstehsalat Birliyinin "Səyyar qəbul otağı" mavi yanacaqdan sonuncu dəfə 1990-cı ildə istifadə edən Şəkinin Əliyar kəndində qurulub.

 

Modern.az xəbər verir ki, tədbiri çıxış sözü ilə Zaqatala RQİİ-nin rəisi açıq elan etdikdən sonra aksiyaya qatılan 30-a yaxın sakinin müraciətləri dinlənilib.

 

Adıçəkilən kəndin qaz təchizatı olmadığından səslənən istək və xahişlərin bir məqsədi Əliyar kəndinin qış aylarına kimi qazlaşdırılmasından ibarət olub. Məsələ ilə bağlı kənd sakinlərinə Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən ətraflı məlumat verilərək bildirilib ki, ölkədə qazlaşma işləri plana uyğun olaraq mərhələli şəkildə aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et