Modern.az

İtin dişlədiyi azyaşlı xəstəxanada öldü

İtin dişlədiyi azyaşlı xəstəxanada öldü

Aktual

25 May 2023, 15:50

Cəlilabad rayonunda itin hücumuna məruz qalan azyaşlı dünyasını dəyişib.

 

Modern.az-ın xəbərinə görə, hadisə Cəlilabad şəhərində baş verib.

 

Belə ki, rayon sakini, 2012-ci il təvəllüdlü Zülfiyyə Rzayevanı küçədə it dişləyib. Müxtəlif xəsarətlər alan azyaşlı rayon xəstəxanasına aparılıb, ona quduzluq əleyhinə vaksin vurulub. Daha sonra paytaxt xəstəxanalarından birinə təxliyə edilib. Lakin azyaşlı Bakıda yerləşdirildiyi xəstəxanda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et