Modern.az

Türkiyə yeni mərhələyə başlayır - Süleyman Soylu səs verdi

Türkiyə yeni mərhələyə başlayır - Süleyman Soylu səs verdi

Aktual

28 May 2023, 10:44

"Türkiyə yeni mərhələyə başlayacaq”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu prezident seçkilərinin ikinci turu üçün səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

 

O söyləyib ki, seçki prosesi problemsiz davam edir: “60 gündür ki, Türkiyədə seçki festivalı keçirilir. Seçkilərin nəticəsinin millətimiz üçün xeyirli olmasını arzu edirəm".

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı