Modern.az

Dost Azərbaycan xalqına sülh arzulayırıq - Ukrayna XİN 

Dost Azərbaycan xalqına sülh arzulayırıq - Ukrayna XİN 

Aktual

28 May 2023, 12:30

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna XİN "Twitter"də paylaşım edib.

 

"Azərbaycanı və Azərbaycan XİN-i Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi üçün qarşılıqlı dəstəyimiz həmişə bizim prioritetimiz olacaq. Dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq!", - deyə Ukrayna XİN bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et