Modern.az

Ərdoğan nə vaxt and içəcək? - Vaxt açıqlandı

Ərdoğan nə vaxt and içəcək? - Vaxt açıqlandı

Dünya

30 May 2023, 09:30

Mayın 28-də keçirilən seçkilərdə yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-si və ya 6-da keçirilə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “CNN Turk” məlumat yayıb.

 

Ali Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini mayın 30-da açıqlayacaq.

 

İyunun 2-də deputatlar Türkiyə Böyük Millət Məclisində and içəcək və 5 gün ərzində parlament sədrliyinə namizədlər irəli sürüləcək.

 

Ərdoğan ya iyunun 2-də, ya da iyunun 6-da Türkiyə Böyük Millət Məclisində and içib, vəzifəsinin icrasına başlayacaq. O, and içdikdən sonra yeni hökumətin tərkibini elan edəcək, daha sonra Nazirlər Kabinetinin iclasını keçirəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək