Modern.az

İcra başçısı və deputat şəhid övladlarını təbrik etdi - FOTOLAR

İcra başçısı və deputat şəhid övladlarını təbrik etdi - FOTOLAR

Aktual

1 İyun 2023, 11:50

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü  münasibəti ilə Naftalanda şəhid və qazi övladları ilə görüş keçirilib.

 

Modern.az xəbər veriri ki, görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Milli Məclisin deputatı Anar Məmmədov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhər Ağsaqqallar Şurasının sədri, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri və qazilər, onların övladları iştirak ediblər.

 

İştirakçılar şəhid və qazi övladları ilə görüşərək bayram münasibətilə onları təbrik edib. İcra başçısı qeyd edib ki, Azərbaycanda uşaqların firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.  Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan uşaqları dövlətin və cəmiyyətin qayğısı ilə tam əhatə olunub.

 

Deputat bildirib ki, dövlətimiz həmişə uşaqlara qarşı məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyüməsi üçün hər cür şərait yaradıb.

 

ŞİH başçısı tərəfindən uşaqlara velosiped həmçinin qoruyucu vasitələr hədiyyə olunub.

 

Xatırlatmaq istərdik ki, məhz Naftalanda respublikada ilk olaraq 7 km uzunluğunda veloyol 2021-ci ildə istifadəyə verilib. Həmçinin millət vəkili tərəfindən də uşaqlara bayram hədiyyələri təqdim olunub.

 

Təşkil olunan görüşə, onlara daim göstərilən yüksək diqqət və qayğıya görə valideynlər ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et