Modern.az

Maşınların utilizasiyasını bu qurum həyata keçirəcək 

Maşınların utilizasiyasını bu qurum həyata keçirəcək 

Aktual

1 İyun 2023, 13:14

Utilizasiya olunacaq avtomobillərin necə və hansı qurum tərəfindən qiymətləndiriləcəyinə aydınlıq gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında məlumat verib.

 

O bildirib ki, utilizasiyaya təqdim olunacaq bütün nəqliyyat vasitələri tullantı olduğuna görə, qiymətləndirmə zamanı avtomobilin markasının heç bir əhəmiyyəti olmayacaq.

 

"Qiymətləndirməni aparan orqan isə "Təmiz Şəhər" ASC ola bilər", - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et