Modern.az

Şəmkirdə ata-oğul küçədə döyüldü

Şəmkirdə ata-oğul küçədə döyüldü

Aktual

2 İyun 2023, 13:22

Şəmkirdə ata-oğul küçədə döyülüb.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, hadisə rayonun "Üç yol" adlanan ərazisində qeydə alınıb.

 

Belə ki, Gədəbəy rayon sakinləri - 1977-ci il təvəllüdlü Ə.Qasımov və onun oğlu, 1999-cu il təvəllüdlü A.Qasımov mübahisə zəminində döyülərək müxtəlif bədən xəsarətləri alıblar.

 

Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

 

Onların kim tərəfindən döyülməsi və mübahisənin başvermə səbəbləri araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et