Modern.az

Qazaxda çətənə kolları məhv edildi

Qazaxda çətənə kolları məhv edildi

Aktual

6 İyun 2023, 07:52

Qazaxda çətənə kolları məhv edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Məzəm kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

 

Ümumi çəkisi 5 tondan çox olan 12 500 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et