Modern.az

Metro işçilərinin maaşları 15% artırılıb

Metro işçilərinin maaşları 15% artırılıb

Aktual

9 İyun 2023, 17:02

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, artım qurumun Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin imzaladığı protokola və səhmdar cəmiyyətinin sədri Zaur Hüseynovun imzaladığı qərara əsasən baş tutub.

 

Qərar metroda çalışan 5000-ə yaxın əməkdaşın hamısına şamil edilib. Qərar mayda imzalansa da, artımlar bu ilin əvvəlindən nəzərə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et