Modern.az

Ankaranı su basdı

Ankaranı su basdı

Aktual

12 İyun 2023, 08:30

Türkiyənin paytaxtı Ankara şəhərində bir çox küçələri su basıb.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankarada güclü leysan və dolu səbəbindən bəzi küçələrdə gölməçələr əmələ gəlib.

 

Su basmış yollarda hərəkət çətinləşib. Avtomobillərində köməksiz qalan vətəndaşlar yanğınsöndürənlər və sakinlər tərəfindən xilas edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et