Modern.az

Qəbələdə 4 tondan artıq narkotik YANDIRILDI

Qəbələdə 4 tondan artıq narkotik YANDIRILDI

Aktual

13 İyun 2023, 11:23

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, keçirilən tədbir zamanı Nic qəsəbəsi ərazisində yabanı halda bitən, ümumi çəkisi 4 ton 170 kiloqram olan 8100 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et