Modern.az

Nazirliyin kollegiyasının tərkibi genişləndirildi

Nazirliyin kollegiyasının tərkibi genişləndirildi

Aktual

13 İyun 2023, 15:44

Energetika Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərara dəyişiklik edib.

 

Qərara əsasən, kollegiya üzvlərinin sayı 10-dan 11-ə çatdırılıb.

 

Belə ki, nazirliyin Aparatının enerji səmərəliliyi şöbəsinin müdiri də kolegiyanın üzvləri sırasına daxil edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et