Modern.az

Azərbaycanda Aİ-nin İnkişaf Agentliyi yaradıla bilər

Azərbaycanda Aİ-nin İnkişaf Agentliyi yaradıla bilər

Aktual

14 İyun 2023, 12:26

"Biz Azərbaycanda Avropa İttifaqının İnkişaf Agentliyini yaratmaq istəyirik".

 

Modern.az xəbər verir ki, bunu BMT "DİM Dialoqları" təşəbbüsü çərçivəsində "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik" mövzusunda keçirilən konfransda çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq məsələlərinin koordinatoru Viktor Bojkov deyib.

 

O bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq mövcuddur.

 

"Hazırda biz əməkdaşlıq və tərəfdaşlıq sazişini yeniləməkdəyik. Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlığını Şərq tərəfdaşlığı kontekstində görür. Azərbaycanın böyük investisiya potensialı var. Avropa İttifaqının ayırdığı maliyyədən effektiv istifadə etmək və həmçinin digər investorları cəlb etmək lazımdır. Bu, ölkə daxilində kreditləşməyə və investisiya potensialına müsbət təsir edəcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et