Modern.az

“Son zəng” günü məzun ölümü olub? - DİN-dən açıqlama

“Son zəng” günü məzun ölümü olub? - DİN-dən açıqlama

Aktual

15 İyun 2023, 00:30

“Son zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib.

 

Modern.az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

 

O deyib ki, sosial şəbəkə seqmentlərində yayılan hər informasiya doğru deyil: “Dəqiqləşdirməyi tövsiyə edirik. DİN-in mətbuat xidməti 7/24 rejimdə fəaliyyət göstərir.

 

“Son zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib. Bütün ölkə üzrə DİN əməkdaşları - yol polisi, post-patrul xidməti və digər xidmət əməkdaşları gərgin rejimdə çalışıblar. Bütün məzunları bu gün münasibətilə təbrik edirik, onlara təhlükəsiz həyat arzulayırıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et