Futbol üzrə Niderland yığması UEFA Millətlər Liqasının yarımfinalında Xorvatiyaya əlavə vaxtda buraxılan qollarla 2:4 hesabı ilə məğlub olub.
Modern.az xəbər verir ki, bu nəticə ilə Niderland millisi son 118 ildə ilk dəfə öz meydanında rəsmi oyunda 4 qol buraxıb.
Qeyd edək ki, Xorvatiya Millətlər Liqasının finalına vəsiqə qazanıb. Xorvatlar həlledici görüşdə İspaniya - İtaliya oyununun qalibi ilə üz-üzə gələcək. Uduzan komanda isə üçüncü yer uğrunda görüşdə Niderlanda rəqib olacaq.