Modern.az

Bu, bizim böyük uğurumuzdur - İcma sədri

Bu, bizim böyük uğurumuzdur - İcma sədri

20 İyun 2023, 18:10

Qərbi Azərbaycan İcmasının əsas məqsədi son 200 ildə tarixi torpaqlarımızda soydaşlarımızın başına gətirilən faciələri dünya ictimaiyyətinə çatdırmaqdır.

 

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləyib.

 

İcma sədri bildirib ki, ilk dəfə olaraq Qərbi Azərbaycan İcmasının bir neçə sənədi BMT-nin tribunasından dünyaya çatdırılıb, həmçinin qurumun bütün rəsmi dillərdə dünyanın 190 dövləti arasında yayılıb.

 

"Bu, bizim böyük uğurumuzdur. Çünki ilk dəfədir dünya Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində baş verən hadisələr haqqında dəqiq məlumat ala bildi",- deyə Əziz Ələkbərli vurğulayıb.

 

O əlavə edib ki, Azərbaycan qaçqınlıqdan ən çox əziyyət çəkən dövlətlərdən biridir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir