Modern.az

Təhsil sistemimiz pandemiyadan üzüağ çıxdı - Nazir müavini

Təhsil sistemimiz pandemiyadan üzüağ çıxdı - Nazir müavini

Aktual

22 İyun 2023, 10:52

"Təhsil sistemimiz koronavirus pandemiyasından üzüağ çıxdı".

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli ADA Universitetində keçirilən Konfransın açılışında deyib.

 

"Pandemiya dövrü qarşımıza yeni çağırışlar qoydu. Virtual təhsil platformasının yaranması, təhsil müəssisəsələrinin bu prosesə operativ qoşulması özü-özlüyündə sistemimizim çevik reaksiyasından xəbər verdi. Pandemiyadan öncə 33 uşağa bir kompüter düşürdüsə, indi bu rəqəm 17-dir. Bu isə onu göstərir ki, təhsil sistemimiz ümumilikdə bu çətinlikdən üzüağ çıxmağı bacardı", - nazir müavini əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et