Modern.az

Söyüdlüdəki hadisə ilə bağlı Komissiyanın ilk iclası KEÇİRİLDİ

Söyüdlüdəki hadisə ilə bağlı Komissiyanın ilk iclası KEÇİRİLDİ

Aktual

22 İyun 2023, 12:56

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvlərinin iştirakı ilə Gədəbəy Rayon İcra Hakimiyyətində iclas keçirilib.

 

Modern.az-ın məlumatına görə, iclasda komissiya üzvləri ilə yanaşı, rayon rəsmiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.

 

İclasda Söyüdlü kəndindəki vəziyyət müzakirə olunub.

 

Məlumata görə, Komissiya üzvləri iclasdan sonra Söyüdlü kəndinə gedəcək, kənd sakinləri ilə görüşəcək, süni gölün tikintisi aparılan əraziyə baxış keçirəcəklər.

Twitter
Sizə yeni tvit var
Keçid et