Modern.az

Ukrayna döyüşləri: Krıma hücum, işğalçılar təşvişdədir

Ukrayna döyüşləri: Krıma hücum, işğalçılar təşvişdədir

Analitika

23 İyun 2023, 09:10

Ukrayna Krım yarımadasını ölkənin əsas hissəsi ilə birləşdirən körpülərdən birinə raket zərbələri endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya tərəfindən Ukraynanın işğal altında olan ərazilərinə təyin edilən "nümayəndələr" məlumat yayıb.

 

Qeyd olunur ki, raket zərbəsi nəticəsində Ukraynanın cənubundakı Rusiya qüvvələrinin əsas təchizat yollarından biri kəsilib.

 

İşğal altında olan Xerson vilayətində Rusiya tərəfindən yaradılan "administrasiyanın rəhbəri" Vladimir Saldo raketin dəydiyi Çonqar körpüsündən video yayımlayıb. O, körpünün təmir ediləcəyini və nəqliyyatın hərəkətinin bərpa olunacağını deyib.

 

Körpü Krıma gedən bir neçə yoldan biridir. Alternativ marşrutlar pis vəziyyətdə olduğu üçün yoldan aktiv istifadə edilir. Rusiyanın "RİA Novosti" agentliyi ölkə rəsmilərinə istinadla bildirib ki, körpünün təmiri bir neçə həftə çəkə bilər.

 

Ekspertlərin sözlərinə görə, körpü Ukraynanın bir il ərzində istifadə etdiyi raketlərin mənzilindən uzaqda yerləşir, lakin Britaniya və Fransanın bu yaxınlarda Ukraynaya tədarük etdiyi qanadlı raketlərlə körpünü vurmaq mümkündür.

 

Xerson vilayətinin ukraynalı rəsmisi Yuri Sobolevski bildirib ki, zərbə işğalçıların hərbi maddi-texniki bazasına zərbədir: “Xerson vilayətinin ərazisində onların özlərini təhlükəsiz hiss edə biləcəkləri yer yoxdur".

 

"RİA Novosti"nin verdiyi məlumata görə, rusiyalı müstəntiqlər Ukrayna qüvvələri tərəfindən körpüyə dörd raket atıldığını bildiriblər. Agentlik iddia edib ki, raketin üzərindəki işarələr onun Fransada istehsal olunduğunu göstərir.

 

Ukrayna hökuməti hücuma görə məsuliyyəti üzərinə götürməyib.

 

Hazırda əks-hücum əməliyyatı davam edir. Kiyev isə bildirir ki, indiyədək səkkiz kəndi geri alıb, lakin qüvvələrinin əsas hissəsini hələ döyüşə cəlb etməyib və Ukrayna qoşunları Rusiyanın əsas müdafiə xəttinə hələ çatmayıb.

 

Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar "Telegram" kanalında bildirib ki, hazırda şərq cəbhəsində Ukrayna qüvvələri rus qoşunlarının qarşısını alır və Rusiyanın "bir metr" irəliləməsinə imkan verilməyib.

 

O əlavə edib ki, ötən həftə bir neçə kəndin geri alındığı cənub cəbhəsindəki Ukrayna qüvvələri tədricən irəliləyir: "Biz qismən uğur əldə etmişik. Biz düşməni geri çəkilməyə məcbur edirik və cəbhə xəttini düzləşdiririk".

 

Malyar onu da bildirib ki, ən çətin döyüşlər Donetsk vilayətinin şimalındakı Liman sektorunda olub. Onun sözlərinə görə, cənubda Ukrayna qüvvələri Zaporojye vilayətinin Melitopol şəhərinə və Azov dənizindəki Berdiansk limanına doğru irəliləmək məqsədi ilə hücumlarını davam etdirib.

 

Rusiya Ukraynanın əks-hücumunu dəf etdiyini və ağır itkilər verdiyini deyir, Ukrayna tərəfi isə iddiaları rədd edir.

 

"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiya ordusunun rəhbərləri prezident Vladimir Putinə, habelə Rusiya xalqına itkilər və uğursuzluqların miqyası barədə yalan danışır.

 

Ukrayna prezidenti Volodimir Zelenski əks-hücum əməliyyatında irəliləyişin ləng olduğunu etiraf edib. O, Rusiyanı Zaporojye atom elektrik stansiyasına terror hücumu planlaşdırmaqda ittiham edib. Bundan əlavə, Ukrayna prezidenti Moskvanın stansiyadan radiasiya buraxacaq hücum hazırladığını bəyan edib.

 

Zelenski, həmçinin gecə videomüraciətində qeyd edib ki, Rusiya bu ay Ukraynanın cənubunda Kaxovka bəndinin çökməsi nəticəsində həlak olan insanların cəsədlərini toplamaq və gizlətmək üçün qruplar yaradıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir