Modern.az

Müharibədə XTQ xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərib - Prezident

Müharibədə XTQ xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərib - Prezident

Aktual

23 İyun 2023, 12:33

İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi.

 

Modern.az xəbər verir ki, bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

 

Dövlətimizin başçısı bildirib: “Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir”.

Whatsapp
Bizə yazın!
Keçid et