Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və “AzeRobot education” tədris mərkəzinin texniki dəstəyi ilə “Avropa Tələbələr Forumu-Sumqayıt, «Antinarkotizm» Beynəlxalq elmi-analitik Mərkəzi və «Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti» İctimai birliklərin koalisiyası “Qadınların İKT biliklərinə yiyələnməsi və iqtisadiyyata rəqəmsal transformasiyası” adlı layihəsinə yekun vurmuşdur.
Təlimlər Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasından dəvət olunmuş peşəkar mütəxəssis Müşərrəf Məmmədova tərəfindən keçirilib.
Tədbirlərin əsas məqsədi qadın və qızların İKT-yə cəlb edilməsi, rəqəmsal iqtisadiyyatını gücləndirilməsi və stimullaşdırması olmuşdur. Gənc qızların yiyələndiyi İT bacarıqları İKT bazarında rəqabət şəraiti yaradadmağa hesablanmışdır. Layihə çərcivəsində gənc qızlar bu sektora daha yaradıcı elementlər, daha əhatəli yanaşma əldə etmişlər. İKT və innovasiya sahəsində gənc qızların mentorluq proqramlarına dair virtual təlim zamanı, texnologiya ilə əlaqəli yeni məlumatları daha əhatəli hala gətirmək və bununla da daha çox qızı texnologiyaya cəlb etmək olmuşdur. Gənc qızlara rəqəmsal bacarıqlar və kompüter texnologiyaları, elektron ticarətin təşkili, elektron ticarətin hüquqi tənzimlənməsi, həmçinin şəxsi inkişaf bacarıqları və bu bacarıqlardan istifadə etməklə uğur qazanmaq yolları üzrə təlimlər keçirilib.
Qeyd edək ki, təlimlərdə 300-dən artıq gənc xanım iştirak edib.