Modern.az

Velosiped, moped və motosiklet sürücüləri maarifləndiriləcək

Velosiped, moped və motosiklet sürücüləri maarifləndiriləcək

Aktual

10 İyul 2023, 15:10

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi (JİM) “Velosiped, motosiklet və moped sürücülərinin yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlayıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə gerçəkləşdirilən layihənin əsas məqsədi bu kateqoriyaya aid olan sürücülər ilə görüşlərin keçirilməsi, onların yol hərəkəti təhlükəsizliyi baxımından maarifləndirilməsi, əyani şəkildə (videomateriallar, əyani vəsaitlər) göstərilməsidir. Eyni zamanda layihə maksimum səviyyədə insanlarım maaiflənməsini qarşısına vəzifə olaraq qoyub. 

Üç  ay davam edəcək layihədə moped, velosiped və motosiklet sürücüləri üçün yol hərəkəti təhlükəsizliyi, eyni zamanda  təhlükəsizlik vasitələrindən istifadə barədə maaifləndirici məlumatların hazırlanması və yayılması,  maarifləndirici videorolikin çəkilməsi və yayılmlanması nəzərədə tutulur. 


Qeyd edək ki, layihənin hədəf qrupu əsasən moped, velosiped və motosiklet sürücüləri, yol hərəkəti iştirakçıları, faydalanan isə bütün Azərbaycan cəmiyyətidir. 

Layihə çərçivəsində hazırlanacaq təbliğat xarakterli məqalə və videolar isə minlərlə bu kateqoriyaya aid olan sürücünü əhatə edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et