Modern.az

Sumqayıt sakinindən 415 ədəd metadon həbi götürüldü

Sumqayıt sakinindən 415 ədəd metadon həbi götürüldü

Aktual

11 İyul 2023, 12:48

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini Ümid Əhmədovdan 1 kiloqram tiryək, 80 ədəd ekstazi və 400 ədəd metadon həbləri aşkar olunaraq götürülüb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, davam etdirilən tədbirlərlə onun Bakı şəhərində kirayədə yaşadığı mənzilə baxış zamanı əlavə 71 qramdan artıq metamfetamin, 129 qrama yaxın marixuana, 15 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi də götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et