Özbəkistanda növbədənkənar prezident seçkilərində qələbə qazanan Şavkat Mirziyoyevin inauqurasiya mərasimi iyulun 14-də keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Senatının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, parlamentin yuxarı və aşağı palatası hazırkı prezident Şavkat Mirziyoyevin inauqurasiya mərasiminin iyulun 14-nə təyin olunması barədə qərar qəbul edib.
Qeyd edək ki, Şavkat Mirziyoyev 2023-cü il iyulun 9-da keçirilən növbədənkənar prezident seçkilərində 87,5 faiz toplayıb.