Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krım körpüsünə hücumun təfərrüatlarını Rusiya üzərində qələbədən sonra açıqlayacaq.
Modern.az xəbər verir ki, bunu UTX-nin spikeri Artyem Dextyarenko bildirib.
“Hələlik biz Putin rejiminin simvollarından birinin növbəti dəfə hərbi yükə necə tab gətirmədiyini maraqla izləyirik”, - Dextyarenko deyib.
Qeyd edək ki, iyulun 17-nə keçən gecə Krım körpüsünə dronlarla hücum olunub.