İyulun 15-də keçirilən sayca 6-cı Brüssel görüşü olduqca pozitiv keçdi. Bu, görüşdən dərhal sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamasında da hiss olunurdu.
Modern.az xəbər verir ki, "Real" TV-nin efirində millət vəkili Cavanşir Feyziyev üçüncü görüşün detalları barədə məlumat verib.
O, hesab edir ki, 6-cı Brüssel görüşü olduqca işgüzar keçib.
“Brüssel görüşündə əsas uğur ondan ibarətdir ki, Azərbaycanın mövqeyi dəstəklənib. Bu görüşdə bir çox qapalı məsələlərdə razılıq əldə edilib. Hesab edir ki, bu görüşdə demarkasiya və delmitasiya ilə bağlı komissiyaların işlərini davam etdirmək üçün razılığa gəliblər. Bu görüşdə də aydın olmayan bəzi məsələlər açılmamış qalıb. Yaxın zamanda bu problemlər də öz həllini tapacaq”- deyə millət vəkili Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda: