Modern.az

Noutbuk oğurladı, başqa cinayətləri də üzə çıxdı

Noutbuk oğurladı, başqa cinayətləri də üzə çıxdı

Aktual

24 İyul 2023, 12:04

Bakının Nizami rayonunda oğurluq olub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, Nizami RPİ 24-cü və 25-ci polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 17-də T.Abbasov küçəsindəki bir ofisdən noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fuad Bağırov saxlanılıb.

 

Araşdırmalarla onun rayon ərazisindəki bir klinikadan noutbuk, bir köşkdən isə 1120 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et