Modern.az

ANAMA işçi AXTARIR

ANAMA işçi AXTARIR

Aktual

24 İyul 2023, 16:40

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq sahədə vakant vəzifələrin tutulması və ehtiyat siyahısının yaradılması məqsədilə ali təhsilli, bir ildən çox iş stajı olan şəxslərin sənədlərinin qəbulunu elan edib.

 

ANAMA-dan Modern.az-a bildiriblər ki, namizədlərin coğrafiya və riyaziyyat fənləri istiqamətli (2-ci qrup) ali təhsilin və “MS Office” proqramlarını bilməsi mütləqdir. Seçim zamanı “ArcGİS” proqramı və orta səviyyədə ingilis dili üzrə biliklərə malik namizədlərə üstünlük veriləcək. Qeyd edilən vakant vəzifələr agentliyin işğaldan azad edilmiş ərazilərində yerləşən struktur bölmələrindədir.

 

Maraqlananlar əlaqə telefonunu qeyd etməklə şəxsiyyət vəsiqəsinin surəti, təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.), əmək kitabçasının surətini (olduğu halda) [email protected] ünvanına göndərməlidir.

 

Sənəd qəbulu avqustun 15-dək aparılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et