Modern.az

Bu qurumda çalışanların maaşları ARTIB

Bu qurumda çalışanların maaşları ARTIB

Aktual

25 İyul 2023, 10:32

“Azərpoçt” əməkdaşlarının aylıq gəlirləri artıb.

 

Modern.az-ın məlumatına görə, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib.

 

"“Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib və təkcə 1-ci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 AZN-ə qədər artırılmasına nail olunub", - o bildirib.

 

Qeyd edək ki, “Azərpoçt” MMC-nin 2023-cü il üzrə illik gəliri ilin ilk 6 ayı üzrə 33 mln. manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövründəkindən 3% çoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et