22 iyul Milli Mətbuat günündə bir qrup jurnalistə ev verilməsi digər yaradıcı sahələrdə də oxşar problemi gündəmə gətirdi. Modern.az saytı yazıçılara mənzillərin ayrılması ilə bağlı məsələni diqqət mərkəzində saxlayır. Bu dəfə polemikaya qoşulan xalq yazıçısı Mövlud Süleymanlı da yazıçı - şairlərə ev verilməsini dəstəklədi:
“Əlbəttə ki, lazımdır. Buna layiq olan yazıçılara evlərin verilməsi çox yaxşıdır. Mənə də bu yaxınlarda ev verildi. Hörmətli prezident mənə 3 otaqlı mənzil verdi. Layiq olanların hamısı kömək almalıdı. Yaxşı yazıçının cavanı, gənci olmur. Hansılar yaxşıdırsa onlara da dəstək lazımdı” .