Modern.az

Çin və Gürcüstan strateji tərəfdaşlıq qurur - Bəyanat imzalandı

Çin və Gürcüstan strateji tərəfdaşlıq qurur - Bəyanat imzalandı

Dünya

31 İyul 2023, 09:44

Çin və Gürcüstan strateji tərəfdaşlıq qurur.


Modern.az xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb.


Məlumata görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Çinə səfərinin beşinci günündə bununla bağlı bəyanat imzalanıb. Səfər çərçivəsində Qaribaşvili Çin lideriSi Cinpin, eləcə də Çinin baş naziri Li Qianqla görüşüb.


“Tərəflər ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb və geniş konsensus əldə ediblər. Tərəflər ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq qərarına gəliblər”, - deyə məlumatda qeyd olunub.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı