Modern.az

Feminist yazıçının romanı əsasında çəkilən film bu siyahıya daxil oldu

Feminist yazıçının romanı əsasında çəkilən film bu siyahıya daxil oldu

Mədəni̇yyət

17 Avqust 2023, 12:18

Gürcüstanın “Blackbird Blackbird Blackberry” filmi 36-cı Avropa Film Akademiyası Mükafatlarının siyahısına daxil olub.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, film feminist yazıçı Tamta Melaşvilinin romanı əsasında çəkilib.

 

19 film birinci mərhələdən keçib. Noyabrın 7-də bu siyahıdan nominantların adları açıqlanacaq və mükafatlandırma mərasimi dekabrın 9-da Berlində keçiriləcək.

 

Dünya premyerası may ayında Kannda baş tutan filmdə dükan sahibi Eterinin kiçik bir ənənəvi gürcü kəndində necə yaşadığından bəhs edilir. 48 yaşına kimi qadının heç vaxt sevgilisi olmayıb, ona “qoca qulluqçu” deyirlər. Bir gün Eterinin başına az qala öləcəyi bir hadisə gəlir və o andan etibarən indiyə qədər heç cür etməyə cəsarət etmədiyi bir şeyi etməyə özünə icazə vermək qərarına gəlir - qadın gözlənilməz bir sevgi macərasına başlayır...

 

Rejissor daha əvvəl "Yaş qum", "Yer üzündə Günəş damcısı" filmlərini çəkən Elena Naverianidir. Prodüserlər arasında sensasiyalı "Və sonra rəqs etdik" filmi ilə tanınan Keti Daneliya da var.

 

Qeyd edək ki, Tamta Melaşvili gürcü yazıçılarının yeni nəslinə aiddir. O, Gürcüstanda qadınların həyatından, bərabərsizlik problemlərindən, onların sosial travmalarından, ənənəvi dəyərlərin təsirindən, qadınların imkanlarından sui-istifadə və lazımınca qiymətləndirilməməsindən yazır. Melaşvilinin ilk hekayəsi rus dilinə tərcümə edilib və əsər əsasında Moskvada tamaşa qoyulub. Lakin Rusiyanın Ukraynaya hücumu başlayandan sonra yazıçının xahişi ilə ləğv olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir